Bloq haqqında
- avropada.heyat

- May 31, 2020
- 1 min read
Nə vaxtsa#AvropayaSeyahet etmək istəmisiz? Bəs xaricdə yaşamaq, təhsil almaq və ya işləmək haqda düşünmüsüz?
Əminəm ki, bir çoxunuzun bu suala cavabı “hə!”dir. Budapeştdə artıq 1 il 3 aydır yaşayıram, hərdən iş məqsədilə Vyanaya, səyahət məqsədilə isə başqa Avropa ölkələrinə səfər edirəm. Bu səhifəni açmaqda məqsədim gözəl şəkillər paylaşıb “Avropa gözəldir” mesajı vermək deyil.😄

Bəs bu səhifə sizə necə faydalı olacaq?
🔹#Budapeşt səyahət planınızda varsa, burda sizə lazım olan hər şey haqqında məlumat və məsləhətlər paylaşacam.
🔹Budapeştdən digər Avropa şəhərlərinə necə ucuz yolla səyahət edə bilərsiz?
🔹#MacaristandaTehsil imkanları.
🔹Avropada həyat sizə maraqlıdırsa, bu səhifədə öz dilimizdə məlumat tapa biləcəksiz.
🔹Budapeştdə hansı sahələrdə və necə iş tapmaq olar?
🔹Budapeştə köçməyi planlaşdırırsızsa və ya artıq köçmüsüzsə, burdakı həyata necə adaptasiya ola bilərsiz və hansı imkanlardan yararlana bilərsiz?
🔹Xaricdə yaşamağın üstünlükləri və mənfi cəhətləri nələrdir?
Burdakı həyat ilə bağlı bütün təcrübələrimi sizinlə bölüşəcəm. Başqa nə haqda yazmağımı istəyərdiz? ☺️
Comments