Budapeşt hava limanından şəhər mərkəzinə necə getmək olar?
- avropada.heyat
- Jun 2, 2020
- 3 min read
Büdcənizdən asılı olaraq, Budapeşt hava limanından şəhər mərkəzinə getməyin ictimai nəqliyyat vasitəsi olan avtobuslardan tutmuş taksiyə kimi bir neçə yolu var.
© Hungary today
İCTİMAİ NƏQLİYYAT – SƏRFƏLİ YOL
İctimai nəqliyyat Budapeşt hava limanından şəhər mərkəzinə asanlıqla çatmanı təmin edir.
1. 100E nömrəli ekspress avtobus – ən əlverişli yol
100E nömrəli avtobus hava limanından Deák Ferenc tér metro stansiyasına (şəhər mərkəzinə) gedir. İlk avtobus hava limanından səhər saat 5:00-da çıxır, son gediş isə gecə saat 1:20-də baş tutur.

© BKK
Şəhər mərkəzinə gedən yolda avtobusun əsas dayanacaqları:
Kálvin tér metro stansiyası
Astoria M metro stansiyası
Deák Ferenc tér metro stansiyası
Biletin növü: xüsusi hava limanı bileti (biletin üzərində təyyarə işarəsi olur)
Qiymət: 900 HUF (2.6 avro)
Müddət: 45-60 dəq.
Qeyd: Hal-hazırda pandemiya səbəbiylə sərnişin sayı az olduğu üçün 100E nömrəli avtobus müvəqqəti olaraq xidmət göstərmir.
2. 200E nömrəli avtobus
200E nömrəli avtobus Terminal 2-dən Nagyvárad tér metro stansiyasına kimi gedir. Buradan M3 metro xətti ilə (Újpest-Központ istiqamətinə doğru) şəhərin mərkəzinə gedə bilərsiz. Həftə sonlarında, Nagyvárad tér və Lehel tér stansiyaları arasındakı M3 metrosunun əvəzinə gecə avtobusları fəaliyyət göstərir. Gecə (saat 23:00-4:00) Nagyvárad tér-dən şəhər mərkəzinə 914, 914A, 950 və 950A avtobusları ilə gedə bilərsiz.

© BKK
Şəhər mərkəzinə gedən yolda avtobusun əsas dayanacaqları:
Ferihegy dəmiryolu stansiyası
Kőbánya-Kispest metro stansiyası
Határ út metro stansiyası
Népliget metro stansiyası
Nagyvárad tér metro stansiyası
Biletin növü: Budapeşt Nəqliyyat Mərkəzinin (BKK) təklif etdiyi ictimai nəqliyyat biletləri, multi-günlük səyahət kartı və ya bileti
Bir gedişlik biletin qiyməti: 300 HUF (0.87 avro)
Bir gedişlik metro biletinin qiyməti: 350 HUF (1 avro)
Müddət: təxminən 25-30 dəq.
Biletlər harada satılır?
İctimai nəqliyyat biletlərini hava limanında yerləşən BKK xidmət nöqtələrindən, poçt şöbəsindən, qəzet stendlərindən və bilet terminalından əldə etmək olar. Bileti avtobusda sürücüdən də ala bilərsiz, lakin bu halda qiymət bir az baha olacaq. Ödəniş yalnız nağd üsulla və Macar forinti ilə mümkündür. Biletləri mobil tətbiqetmə vasitəsilə də almaq olar.
© Welcome Pickups; BKK
Avtobus dayanacağı harada yerləşir?
Terminal 2A tərəfdən çıxsaz, avtobus dayanacağı sizdən sağ tərəfdə yerləşir. Terminal 2B tərəfdən çıxdıqda isə avtobus dayanacağı sizdən sol tərəfdə yerləşir. Həm 100E, həm də 200E avtobuslarında yalnız ön qapıdan minməlisiz və bileti təsdiqləmək üçün kiçik narıncı qutuya salmazdan öncə sürücüyə göstərməlisiz.
3. Qatar
Budapeşt hava limanında Terminal 2-yə ən yaxın olan qatar stansiyası Nyugati dəmiryol stansiyasına və oradan geri istiqamətə fəaliyyət göstərən Ferihegy qatar stansiyasıdır. Buradan şəhər mərkəzinə Nyugati metro stansiyasından gedə bilərsiz.

© Mapio
Bir gedişlik nəqliyyat biletinin qiyməti: 350 HUF (1 avro)
Bilet növləri: Budapeşt səyahət kartları (Budapeştin ictimai nəqliyyatından istifadə üçün 24 və 72 saatlıq, həftəlik və aylıq biletlər) burada da keçərlidir. Biletləri Terminal 2A-da yerləşən poçt ofisindən əldə etmək olar.
Müddət: 20-30 dəq.
Transferlər
1. Taksi – ən sürətli yol
Budapeşt hava limanında yeganə rəsmi taksi xidmətini Főtaxi şirkəti həyata keçirir. Taksi köşkləri terminalın çıxışında yerləşir. Bütün taksilərdə POS terminalı olduğundan ödəniş üçün kredit kartı da qəbul olunur.

© Budapest Airport
Qiymət: tıxacdan asılı olaraq 7000-8000 HUF (23-26 avro)
Müddət: təxminən 35 dəq.
Fırıldaqçı taksilərdən uzaq durun!
Terminaldan kənarda bir sıra başqa taksi xidmətlərinə rast gələ bilərsiz – onların təklif etdiyi qiymət çox baha olur.
2. Özəl avtomobil transferi
Özəl avtomobil transfer xidmətini əvvəlcədən onlayn sifariş edə bilərsiz. Sürücülər müştəriləri çıxışda gözləyir və əllərində kiçik lövhəyə və ya vərəqə yazılmış müştərinin adını tuturlar.

© Viator
Qiymətlərə aşağıdakı linkdən baxa bilərsiz.
3. Hava limanında xüsusi avtobus xidməti
1. miniBUD Budapeşt hava limanında rəsmi avtobus xidməti təklif edən şirkətdir. Şirkət işçiləri şəhərin müəyyən hissəsinə gedən bir neçə müştərini yığaraq hamıya ən uyğun məkana aparır. Bu səbəblə, ictimai nəqliyyatla müqayisədə, bu yolla şəhər mərkəzinə çatmaq daha çox vaxt tələb edə bilər. Lakin yükünüz ağırdırsa və ya daha çox insanla səyahət edirsizsə, bu yol sizə daha uyğun ola bilər.

© Budapest Airport
Adambaşına gediş qiyməti:
17,5 avro (1 müştəri)
10,6 avro (2 müştəri)
7 avro (3 müştəri)
5,3 avro (4 müştəri)
7 avro (5 müştəri)
7 avro (6 müştəri)
6,6 avro (7 müştəri)
6 avro (8+ müştəri)
* Ödəniş forint ilə həyata keçirilir.
2. Flibco Budapeşt hava limanından şəhər mərkəzinə 30 dəqiqəlik intervalla avtobus transferi xidmətini həyata keçirir. Avtobusun dayanacaq nöqtələri Deák Ferenc metro stansiyası, Népliget avtobus dayanacağı və Nyugati, Keleti və Déli qatar stansiyalarıdır.

© Daily News Hungary
Qiymət: 9 avro
Avtomobil icarəsi
Budapeşt hava limanında (2A və 2B terminallarında) Sixt, Hertz, Avis və Europcar da daxil olmaqla, müxtəlif avtomobil icarəsi şirkətləri var. Qiymətləri aşağıdakı linkdən müqayisə etmək mümkündür.

© Budapest Travel Tips
Tələb olunan sürücülük vəsiqəsinin müddəti: ən az 1 il
Yaş tələbi: şirkətdən asılı olaraq, ən az 21 və ya 25 yaş
Mən həmişə asan çatdırma xidməti və sərfəli qiymətinə görə 100E nömrəli avtobusdan istifadə edirəm. Bəs SİZ hansı seçimi edərdiz?
Comments