top of page
Writer's pictureavropada.heyat

Budapeştdə High Note Skybar

High Note Skybar – gözəl və bahalı yer kimi səslənir, elə deyil? Gözəldir, amma aşağı büdcə ilə də hər kəs bura gələ bilər – Budapeştin ən sevdiyim cəhətlərindən biri də elə budur.

Bu məkan şəhərin mərkəzindəki ən məşhur kilsələrindən biri olan Müqəddəs Stefan Bazilikası ilə üzbəüz yerləşir və binanın damında, açıq havada rahat və gözəl bir yerdir. Bu bar spirtsiz içkilər və qəhvədən tutmuş kokteyllər və spirtli içkilərə kimi geniş çeşiddə içkilər, həmçinin qəlyanaltılar təklif edir.

Qiymətlər

Qiymətlər macar forinti olan HUF ilədir; qiymətə ƏDV və 15% xidmət haqqı daxildir. Yəni hesab gələndə təəccüblənmirsiz.


Ən ucuz içki 0.25 litr ölçüdə verilən sadə su (600 HUF, təxminən 1.7 avro) və Coca-coladır (900 HUF, təxminən 2.5 avro). Kapuçinonun qiyməti 1600 HUF-dur (4.5 avro). Yeməyə gəlincə, qəlyanaltıların qiyməti 650 HUF-dan (1.8 avro) başlayır. Menyuda həm ət, həm də vegetarian qəlyanaltılar var.


Menyuya və qiymətlərə aşağıdakı linklərdən baxa bilərsiz:


Bu məkanı xüsusi edən nədir?

Budapeştin möhtəşəm mənzərəsi, giriş haqqının olmaması, münasib qiymətlər, gülərüz personal və yaxşı xidmət.


İş saatları:

Bazar ertəsi-Bazar: 16:00-00:00


Rezervasiya

Getmədən əvvəl masa rezervasiya etməyiniz və vaxtında getməyiniz məsləhət görülür, çünki gecikmə olarsa, masa yalnız 15 dəqiqə sizin üçün saxlanılır.


Qeyd: Lap yuxarıdakı panorama yerlərindən birində oturmağınız üçün minimum 30.000 HUF (təxminən 85 avro) dəyərində menyu sifariş etməyiniz tələb olunur – qiymət bir masa üçün və bir saatlıq nəzərdə tutulub.


Ödənişsiz masalardan isə ən gözəl mənzərəsi olan elə şəkillərimdə gördüyünüz yerdir. Masanızı rezerv edərkən Bazilika ilə üzbəüz olan masanı istədiyinizi qeyd etməyi unutmayın.


Tel: +36 20 438 8648


Bu məkandan xoşunuz gəldi?

7 views0 comments

Recent Posts

See All

Comments


bottom of page