top of page

2 nömrəli tramvay - Budapeştin görməli yerləri

  • Writer: avropada.heyat
    avropada.heyat
  • May 31, 2020
  • 1 min read

Qadın sürücü?🚊 Budapeştə gəldiyim ilk vaxtlar məni təəccübləndirən məqamlardan biri də qadın sürücülər olmuşdu

Onlara tramvayda, avtobusda, trolleybusda, metroda, hətta taksidə rast gələ bilərsiz. Şəkli yaxınlaşdırsaz, siz də görəcəksiz. 🙂


Tramvaylar burda ən sevdiyim nəqliyyat vasitəsidir. Budapeştdə #tramvay 133 il bundan öncə, dünyada ilk tramvayın 1881-ci ildə istifadə verilməsindən cəmi 6 il sonra fəaliyyətə başlayıb. Qadınlara isə yalnız 1979-cu ildən sürücülük icazəsi verilib.


2 nömrəli tramvay mənim ən sevdiklərimdəndir - Budapeştin görməli yerlərini seyr etməyin ən gözəl və ucuz yollarından biridir. Dunay çayı sahilincə irəliləyən bu tramvay #Parlament, Qreşam sarayı, Çeyn körpüsündən tutmuş Milli Teatra kimi Budapeştin en gözəl məkanlarını sizə göstərir. 😍


Bir gün bu tramvay ilə gedərkən burdan sizin üçün canlı video paylaşım? 😊


Comments


©2020 by Avropada heyat. Proudly created with Wix.com

bottom of page