top of page
Writer's pictureavropada.heyat

ELTE Botanika Bağı – Təbiət sevərlərin məkanı

Təbiəti sevirsiz? Əgər cavabınız “hə”dirsə, o zaman Budapeştdəki bu məkan sizin üçündür!

ELTE Botanika bağı (ELTE Füvészkert) Macarıstanın ən qədim botanika bağıdır. Bağ 1771-ci ildə unikal bitkilərin tədqiqi və qorunub saxlanılması üçün Eötvös Lorand Universiteti (ELTE) tərəfindən təsis edilib. Çox da məşhur olmayan VIII bölgədə (district) yerləşən bu bağ kiçik meşəyə bənzəyir: burada kaktus və qızılgüldən tutmuş orxideya və su zanbaqlarına qədər 8000-dən artıq bitki növü, müxtəlif növ quşlar və hətta tısbağa görə bilərsiz.

Məkanda başqa nə etmək olar?

Ziyarətçilər üçün istirahət məkanı olmaqla yanaşı, bu bağ həmçinin təhsil və tədqiqat məkanı olaraq tanınır. Burada böyüklər və məktəblilər üçün bələdçi turlar təşkil edilir; universitet tələbələri isə diplom işlərini yazarkən və ya tədqiqat apararkən bu yerdən yararlana bilərlər.

Bundan əlavə, bağın müəyyən əraziləri müxtəlif növ tədbirlər üçün icarəyə götürülə bilər. Məsələn, şəkildə gördüyünüz binanın yuxarı mərtəbədəki otaqları mətbuat konfransları, sərgilər və tədbirlər üçün icarəyə verilir.


Budapeştdə Sakura Festivalı


İllik Sakura Festivalı aprel ayında bu bağda keçirilir. Festivala yapon mətbəxi, sərgilər və müxtəlif proqramlar daxildir. Təbiət qucağında piknik, quşların səsi və albalı ağacının çiçəkləri – gözəl deyil?

Qiymətlər

  • Böyüklər üçün: 1200 HUF (təxminən 3.47 avro) / bir nəfərlik

  • Tələbələr üçün: 600 HUF (1.74 avro) / bir nəfərlik

  • Təqaüdçülər üçün: 900 HUF (2.6 avro) / bir nəfərlik

  • Ailələr üçün: 3500 HUF (10.12 avro) / 2 valideyn + 14 yaşına qədər olan 2 uşaq

  • Aylıq bilet: 3000 HUF (8.68 avro)

  • İllik bilet: 10000 HUF (28.92 avro) / kənar şəxlərə veriə bilməz və tədbirlərə giriş daxil deyil

  • Toy/Moda çəkilişləri: 12000 HUF (Maksimum 4 nəfər, maksimum 1 saat)

Məkana necə getmək olar?


Bağa M3 metro xətti ilə (Klinikák metro stansiyası), 9 nömrəli avtobusla və ya 83 nömrəli trolleybusla (Kálvária tér) getmək olar. Açılış vaxtları: hər gün saat 9:00-dan 16:00-a kimi, 1 aprel tarixindən 31 oktyabr tarixinə kimi.

Əlaqə


Ünvan: Illés küçəsi 25., 1083 Budapeşt

Tel: +36-1-210-10-74

17 views0 comments

Recent Posts

See All

Commentaires


bottom of page