Budapeştin ən romantik məkanı
- avropada.heyat

- May 31, 2020
- 1 min read
💑 İlk baxışda çaşdırıcı ola bilər, amma bəli, bura Budapeştdir.
Vajdahunyad qalası Budapeştin ən romantik məkanı hesab olunur və təəccüblü olsa da, şəhər mərkəzindən ictimai nəqliyyatla sadəcə 20 dəqiqə uzaqlıqda yerləşir.
❓Sizcə, bu məkan nəyə xidmət edir?
Məkan nostaljik və romantik olsa da, qalanın tikilmə səbəbi başqadır. 100 ildən çox yaşı olan bu qala 1896-cı ildə #Macar dövlətinin 1000-ci ildönümü məqsədilə inşa edilib. Məqsəd macarların tarixini memarlıq abidəsi şəklində nümayiş etdirmək idi. Hal hazırda isə bu məkan istirahət mərkəzi kimi istifadəyə verilib. İl ərzində burda müxtəlif festivallar, konsertlər və Macarıstanın Kənd Təsərrüfatı muzeyinin sərgiləri keçirilir.
💲 Giriş ödənişlidir?
Təəccüblü olsa da, xeyr. Məkanın həyətinə daxil olmaq, gəzişmək, istədiyiniz qədər şəkil çəkdirmək tamamilə ödənişsizdir. Sadəcə muzeyə giriş 1600 forint (təqribən 8.5 AZN), tələbələr üçün 800 forintdir (4 manat). Toy çəkilişlərinizin bu muzeydə olmasını istəyirsiz? Pulunuza minnət😄: 10,000 forint (63 manat).
Karantin bitsin, yenidən gedəcəyim yerlərdən biri buradır. Sizinlə də yeni şəkillər paylaşacam.











Comments