Budapeştin ən yaxşı 5 universiteti
- avropada.heyat

- May 31, 2020
- 2 min read
Instagram səhifəmdə keçirdiyim sorğuda ən çox paylaşılması istənilən mövzu təhsil seçildi. Budapeştdəki ən yaxşı 5 universitet haqqında sizlər üçün yazdım. Siyahı 2020-ci ilin Dünyanın Ən Yaxşı Universitetləri Reytinqinə @top.unis (QS) və Times Higher Education (THE) reytinqinə əsaslanır.
1️⃣ Central European University (CEU) - @we_are_ceu
CEU Macarıstanın ən yaxşı universitetidir və tədqiqat və tədris baxımından dünyanın ən yaxşı universitetlərindən biridir. Bu özəl Amerikan universiteti Budapeştdə 4 magistr və doktorantura proqramı təklif edir.
🏆QS reytinqi 2020
MS in Business Analytics: 51st
MS in Finance: 101st
Hər iki proqram möhtəşəm təqaüd və təcrübə imkanları təklif edir. Daha ətraflı növbəti postlarda yazacam.🔜
2️⃣ Semmelweis University -@semmelweis_egyetem
This is a leading public university in Hungary, offering graduate and postgraduate programs in the fields of medical and health sciences in Hungarian, English and German. English-language programs are offered by the Faculties of Medicine, Dentistry and Pharmaceutical Sciences.
Macarıstanın aparıcı dövlət universiteti olan Semmelweis universiteti tibb və səhiyyə elmləri sahələrində Macar, İngilis və Alman dillərində magistr və doktarantura proqramları təklif edir. İngilis dilli proqramlar Tibb, Stomatologiya və Əczaçılıq Elmləri fakültələri tərəfindən təklif olunur.
🏆 THE reytinqi: 401
3️⃣ Eötvös Loránd University (ELTE) - @elte_official
Bu dövlət universiteti İngilis dillində bakalavr, magistr və doktorluq dərəcələri üzrə müxtəlif proqramlar təklif edir.
Fakültələr: Təhsil və Psixologiya, Humanitar elmlər, İnformatika, Hüquq, İbtidai və məktəbəqədər təhsil, Elm, Sosial elmlər, Biznes iqtisadiyyatı
🏆 THE reytinqi: 601; QS reytinqi: 651
4️⃣ Corvinus University of Budapest - @uni.corvinus
Bu dövlət universiteti Macar, İngilis, Fransız və Alman dillərində bakalavr, magistr və doktorantura proqramları təklif edir.
Fakültələr: Biznesin İdarə Edilməsi, İqtisadiyyat və Sosial Elmlər
🏆QS reytinqi: 801; THE reytinqi: 1001
5️⃣ Budapest University of Technology and Economics (BME) - @budapestuniversity
BME, mühəndislik üzrə ixtisaslaşmış dövlət texnologiya universitetidir. Universitetdə tədris proqramları 5 dildə təklif olunur: Macar, İngilis, Alman, Fransız və Rus.
🏆QS reytinqi: 801; THE reytinqi: 1001
Bütün bu dövlət universitetləri #StipendiumHungaricum #təqaüd proqramını dəstəkləyir və # Erasmus+ mübadilə proqramında iştirak edir.
Təqaüd imkanları haqqında daha ətraflı yazmağımı istəyirsiz❓🤓







Comments