Macarıstan Parlamenti
- avropada.heyat

- May 31, 2020
- 1 min read
Budapeştlə ilk tanışlığımız 2017-ci ilin dekabr ayında olub. Çoxdankı arzumu gerçəkləşdirib Praqaya getmək istəyirdim və Budapeşt xəyalımı reallaşdırmaq üçün körpü rolunu oynamışdı.
Bu şəkilləri də məhz o ilk gündə çəkmişdim. Bakıya qayıdandan sonra mən həmişə Budapeşti bu möhtəşəm parlament binası və Yeni il ərəfəsi işıqlarla bəzədilmiş sarı tramvayı ilə xatırlayırdım.
Amma hələ o vaxt bilmirdim ki,
✔️Macar parlamenti ölkənin ən böyük və Budapeştin ən hündür tikilisi, dünyanın isə 3-cü ən böyük parlamentidir.
✔️Parlamentin inşasına 19 il vaxt, 1 milyon insan əməyi və 40 kq qızıl sərf edilib!
✔️Tikilinin memarı olan Imre Steindl isə inşa başa çatmadan görmə qabiliyyətini itirmiş, rəsmi açılışını görmədən isə vəfat etmişdi.
#Parlament haqqında danışılacaq hələ çox şey var. Budapeştə gələnlərə isə onu deyim ki, bu şəhər sizin gözləntilərinizi üstələyəcək. 🙌🏻😉









Comments