top of page

Piyada gəzinti

  • Writer: avropada.heyat
    avropada.heyat
  • May 31, 2020
  • 1 min read

Budapeştin bəzi görməli yerləri var ki, ora piyada getməyinizi məsləhət görürəm. Deyəcəksiz niyə❓

Budapeştin mərkəzində, M4 nömrəli metro xəttinin Fövam stansiyasının yaxınlığında mənim çox sevdiyim bir park var - 🏞️ Nehru parkı. Düz bu parkın yanından 2 nömrəli tramvay da keçir.

İctimai park olan bu məkanda #Dunay çayı sahili boyunca skamyalar,  məşhur kafe və barlar var. Onlardan biri xüsusilə xoş havada insanlarla qaynayan #BalnaTerasz kafesidir (bu haqda ayrı post paylaşacam). 🔜


Budapeştə bir neçə günlük gələcəksizsə, bu parka mütləq gəlin deyərdim. Burdan #Gelert təpəsinə, #Buda qalasına, Azadlıq körpüsünə çox gözəl 🌉 panoramik mənzərə açılır. Qeyd etdiyim yerlərə məhz bu parkdan piyada çox asanlıqla 15-30 dəqiqə müddətinə getmək olur. Mənzərədən həzz alıb şəhəri hiss edəcəksiz. Demədi deməyin. 😉


Budapeştə nə vaxtsa gəlməyi planlaşdırırsız❓😊

Comments


©2020 by Avropada heyat. Proudly created with Wix.com

bottom of page