top of page
Writer's pictureavropada.heyat

Visegrad təqaüdü: Macarıstan, Çexiya, Polşa və Slovakiyada təhsil

Updated: Mar 18

Macarıstan, Çexiya, Polşa və ya Slovakiyada təqaüdlə təhsil almaq istəyirsiz? Visegrad təqaüd proqramı sizə bu imkanı yaradır. Azərbaycanlı tələbələr də bu proqrama müraciət edə bilər.

Təqaüd: hər semester üçün €2,500 (sizə verilir) + hər semester üçün €1,500 təhsil haqqı (seçdiyiniz universitetə təqdim olunur)

Müraciətin başlama tarixi: Yanvar ayının sonu

Müraciət üçün son tarix: Hər il 15 mart

 

Visegrad təqaüd proqramı azərbaycanlı tələbələrə V4 ölkələrinin birində istənilən ixtisas üzrə və istənilən dildə magistr və ya doktorantura təhsili üçün təqaüd əldə etmə imkanı verir.


Təqaüdə nələr daxildir?

  • Hər semester 1,500 avro dəyərində təhsil haqqı: Bu məbləğ Fond tərəfindən təhsil alacağınız universitetə ödənilir. Əgər sizin seçdiyiniz universitetdə bir semesterlik təhsil haqqı bu məbləğdən çoxdursa, geri qalan məbləği özünüz ödəməlisiz.

  • Hər semester 2,500 avro dəyərində təqaüd: Bu məbləğ isə sizin özünüzə verilir və istədiyiniz kimi ehtiyaclarınızı qarşılamaqda sərbəstsiz. Fond tərəfindən digər əlavə xərclər (viza xərcləri, tibbi sığorta, yaşayış yeri və s.) qarşılanmır.

* Ödəniş hər 5 aylıq müddətin (semesterin) əvvəlində hesabınıza köçürülür. İlk ödəniş yalnız universitetiniz tərəfindən ölkəyə gəlib çatmağınız barədə yazılı təsdiq təqdim olunandan sonra həyata keçirilir.


Tələblər

  • Əvvəlki təhsiliniz müraciət etdiyiniz ölkədən fərqli bir ölkədə tamamlanmış olmalıdır. Məsələn, əgər əvvəlki təhsilinizi Macarıstanda almısızsa, növbəti təhsiliniz üçün Macarıstana müraciət edə bilməzsiz, amma Çexiya, Polşa və ya Slovakiyaya müraciət edə bilərsiz.

  • Vətəndaşlığınız müraciət etdiyiniz ölkənin vətəndaşlığından fərqli olmalıdır. Azərbaycan vətəndaşısızsa, ürək rahatlığı ilə müraciət edə bilərsiz.🙂


Müraciət

Müraciətlər yalnız onlayn müraciət sistemi vasitəsilə edilir. Sistem son müraciət tarixindən (15 mart) təxminən 45 gün öncə (yanvarın sonu) açılır.


Burada bütün xanaları şəxsi məlumatlarınızla doldurmalı və tələb olunan bütün sənədləri sistemə yükləməlisiz. Bundan əlavə, müraciət formasında doktorantura təhsili zamanı tədqiqatınızın əsas mahiyyətini təsvir edən paraqraf yazmalısız. Magistr təhsili ilə bağlı müraciət formasında isə tədris zamanı əhatə etməyi planlaşdırdığınız fən və ya mövzuları və ya iştirak etməyi planlaşdırdığınız xüsusi mühazirə və ya seminarları qeyd etməlisiz.

Tələb olunan sənədlər

Onlayn müraciət formasını doldurmaqla yanaşı, onlayn müraciət sisteminə həmçinin müvafiq sənədlərin skan olunmuş versiyalarını yükləməlisiz. Bütün sənədlər ya İngilis dilində olmalı, ya da İngilis dilinə rəsmi tərcümə olunmalıdır.

Magistr təhsili üçün tələb olunan sənədlər:

  1. Xarici pasport

  2. Əvvəlki təhsilinizə dair tamamladığınız son 2 semesterə aid transkript: Əgər təhsilinizi artıq başa vurmusuzsa, transkript əvəzinə diploma əlavəni təqdim etməlisiz.

  3. Müraciət etdiyiniz universitetdən qəbul sənədi: Əgər təqaüdə müraciət etdiyiniz müddətdə universitetdən qəbul sənədi (qəbul imtahanı və ya hansısa başqa bir səbəbdən) hələ almamısızsa, ilkin qəbul məktubunu və ya universitetə müraciətinizi təsdiq edən sənədi təqdim edə bilərsiz. Universitetə qəbul məktubunun əslini növbəti mərhələdə (ən gec müvafiq ilin avqust ayının sonuna kimi) təqdim etmək mümkündür.

Doktorantura təhsili üçün tələb olunan sənədlər:

  1. Xarici passport

  2. Müraciət etdiyiniz universitetdən qəbul sənədi və ətraflı tədqiqat planı: Qəbul sənədi təqaüdə müraciət etdiyiniz müddət zamanı 4 aydan gec verilməmiş olmalıdır və özündə aşağıdakı məlumatları əks etdirməlidir:

  • Adınız

  • Ətraflı tədqiqat planı

  • Tədqiqatınızın tam-ştat olmasının təsdiqi

  • Tədqiqat aparacağınız semesterlərin tarixləri/sayı

  • Qanunla müəyyən edilmiş universitet nümayəndəsinin imzası və möhürü

 

Nəticələr


Müraciət edən bütün şəxslərə (qəbul alanlara, rədd cavabı alanlara və ya ehtiyat siyahısında olanlara) müvafiq ilin 31 may tarixinə kimi e-mail vasitəsilə nəticələr barədə məlumat göndərilir. Nəticələr həmçinin Fondun veb saytında qeyd olunur.

 

QEYDLƏR

  • Təqaüd almaq üçün bir il ərzində sadəcə bir müraciət forması doldura bilərsiz.

  • Magistr təhsili üçün maksimum 4 semester, doktorantura təhsili üçün isə maksimum 2 semester müddətinə təqaüd üçün müraciət etmək mümkündür.

  • Müraciət etdiyiniz ölkələrdə akkreditə olunmuş istənilən universitetdə təhsil almaq üçün təqaüdə müraciət edə bilərsiz. Macarıstandakı ali təhsil müəssisələrinin siyahısına aşağıdakı linkdən baxa bilərsiz: http://www.nefmi.gov.hu/felsooktatas/felsooktatasi-intezmenyek

  • Tədris dili müraciət etdiyiniz universitetdəki təhsil proqramının hansı dildə təklif olunmasından asılıdır. İngilis dilində təhsil almalısız deyə bir məcburiyyət yoxdur (məsələn, müraciət etdiyiniz universitet alman, fransız, rus və ya hər hansı başqa bir dildə təhsil proqramı təklif edirsə, təqaüd tədris dilindən asılı olmayaraq verilir). Təqaüd əldə etmək üçün heç bir dil sertifikatı tələb olunmur. Əsas məsələ müraciət etdiyiniz proqramın tələblərinə (bura dil sertifikatı da daxildir) cavab verməyinizdir.

 

Ətraflı məlumatı aşağıdakı linkdən oxuya bilərsiz: https://www.visegradfund.org/apply/mobilities/visegrad-scholarship/

Recent Posts

See All

Comments


bottom of page