Budapeştdə əsas görməli yerlərin çoxuna piyada asanlıqla getmək olur. Mükəmməl ictimai nəqliyyat sistemi sayəsində şəhərdə bir məkandan digərinə getmək çox asandır. Yuxarıdakı suala gəlincə isə cavab aşağıdakı amillərdən asılıdır.
1) Budapeştdə uzun müddət qalacaqsızsa və gündəlik, yaxud tez-tez ictimai nəqliyyatdan istifadə etməli olacaqsızsa, o zaman iki həftəlik və ya bir aylıq kart almağınız məsləhətdir:
15 günlük kart (15-day Budapest-pass) // 6300 HUF (təxminən 35 manat); tələbələr üçün 2300 HUF (təxminən 13 manat)
Bir aylıq kart (Monthly Budapest-pass) // 9500 HUF (təxminən 52 manat); tələbələr üçün 3450 HUF (təxminən 19 manat)
Hər iki kart tramvay, avtobus, trolleybus, metro, qatar, milli dəmir yolu qatarı və qayıqla (yalnız iş günlərində) limitsiz sayda istifadə üçün etibarlıdır.
2) Budapeştə turist kimi gəlsəz, alacağınız biletin növü burada neçə gün qalmağınızdan və ictimai nəqliyyatdan nə qədər istifadə edəcəyinizdən asılıdır:
24 saatlıq kart (24-hour Budapest-travelcard): 1650 HUF (təxminən 10 manat)
24 saatlıq qrup kartı (1-5 sərnişin üçün birlikdə) – Budapest 24-hour group travelcard (for 1-5 passengers traveling together: 3300 HUF (təxminən 18 manat)
72 saatlıq kartı (Budapest 72-hour travelcard): 4150 HUF (təxminən 23 manat)
7 günlük kart (Budapest 7-day travelcard): 4.950 HUF (təxminən 27 manat)
Nəqliyyat xidmətindən əlavə, şəhərdəki digər pulsuz və ya endirimli xidmətlərdən faydalanmaq istəyirsizsə, aşağıdakı kartları seçə bilərsiz:
24 saatlıq Budapeşt Kartı (Budapest Card for 24 hours): 6.490 HUF (təxminən 38 manat);
48 saatlıq Budapeşt Kartı (Budapest Card for 48 hours): 9.990 HUF (təxminən 54 manat);
72 saatlıq Budapeşt Kartı (Budapest Card for 72 hours) – 12.990 HUF (təxminən 71 manat);
96 saatlıq Budapeşt Kartı (Budapest Card for 96 hours) – 15.990 HUF (təxminən 86 manat);
120 saatlıq Budapeşt Kartı (Budapest Card for 120 hours) – 18.990 HUF (təxminən 101 manat)
* Uşaqlar üçün alınan kartlar endirimli qiymətə olur.
Bu kartlar sizə bir sıra xidmətlər təqdim edir:
Ödənişsiz xidmətlər: ictimai nəqliyyatdan istifadə; 20 muzeyə və Lukac hamamına giriş, müxtəlif ziyarət mərkəzlərinə giriş; ödənişsiz gəzinti yerləri və mağara turu.
Endirimli xidmətlər: 7 termal hamam və hovuza giriş üçün 20% endirim; 16 kafedə 10-30% endirim, müxtəlif mədəniyyət proqramları və görməli yerlərə 10-50% endirim.
Sizə xidmətlərin tam siyahısını nəzərdən keçirməyi, istifadə etmək istədiyiniz xidmətləri seçməyinizi, sonra Budapeşt kartı almağınızın və ya sadəcə normal nəqliyyat kartı alıb istədiyiniz xidmətlərdən fərdi şəkildə istifadə etməyinizi müqayisə edib hansı seçimin daha sərfəli olduğuna bu şəkildə qərar verməyinizi məsləhət görərdim.
3) Bundan başqa, bir dəfəlik 10 bilet (block of 10 tickets) almaq da mümkündür. Bu biletlərin hər birini ayrı-ayrılıqda yuxarıda qeyd etdiyim bütün nəqliyyat vasitələrində bir dəfəlik gediş üçün istifadə edə bilərsiz. Qiyməti 3000 HUF-dur (təxminən 16 manat).
4) Biletləri tək şəkildə də ala bilərsiz. Tək bilet (single ticket) yuxarıda sadalanan bütün nəqliyyat vasitələrində bir dəfəlik gediş üçün istifadə edilə bilər. Qiymət 300 HUF-dur (təxminən 1.6 manat).
Qeyd: Həm 10 bilet şəklində aldığınız biletlər, həm də tək bilet bilet aparatında təsdiqləndikdən (stamping) sonra 80 dəqiqə, gecələr isə 120 dəqiqə ərzində etibarlıdır. İstifadə müddəti ərzində transfer gedişlərə yalnız metro xətlərinə (M1, M2, M3 və M4) keçid üçün icazə verilir.
Növbəti postumda bu biletləri haradan əldə edə biləcəyinizi və Budapeştdə ictimai nəqliyyatdan necə istifadə olunduğunu yazacam. Bu barədə video çəkməyimi istəyirsiz?
Comments