top of page
Writer's pictureavropada.heyat

Pomaz – Macarıstanda meyvə yığa biləcəyiniz bağlar

Macarıstanda təzə tərəvəz və meyvələri özünüz yığıb daha ucuz qiymətə ala biləcəyiniz bir neçə yer var. Bu, əslində digər şəhərlərə qısa səyahət etmək və ağaca çıxarkən uşaqlığınızı xatırlamaq üçün də yaxşı bir təcrübədir.

Dünən Budapeştdən qatarla cəmi 30 dəqiqəlik məsafədə yerləşən Pomaz şəhərciyinə getdik. Burada müxtəlif meyvə (alma, çiyələk, albalı, şaftalı, ərik və s.) bağları var; bizim seçimimiz gilas oldu, amma yolda gedərkən bağdan kənardakı səkilərdə olan ağaclardan vişnə, alça, alma da yığdıq.

Konsepsiya nədir?

Fermerlər əkin sahələrində tərəvəz və meyvələr yetişdirir və onları ictimaiyyətin istifadəsinə verir. İnsanlar məhsulu öz əlləri ilə yığır və hər kq üçün ödəniş edirlər. Meyvə və tərəvəzlərin dadına yerindəcə pulsuz baxmaq olar, amma xahiş olunur ki, yeyəcəyiniz miqdarda insaflı olasız.

Qiymətlər

Yığdığımız 2 kq gilasa 1,100 HUF (təxminən 6 manat) pul ödədik, Spar marketində isə bu qiymətə sadəcə 500 q gilas ala bilərsiz. Burada yalnız nağd şəkildə ödəniş qəbul olunur.


Belə yerləri necə tapmaq olar?

Bu cür yerləri axtara biləcəyiniz və bu bağlarda hansı meyvə və tərəvəzlərin olduğunu görə biləcəyiniz xüsusi bir vebsayt var: www.gyumolcsvadasz.hu


İstehsalçılar haqqında məlumat bu vebsayta ödənişsiz yerləşdirilir. Məqsəd istehsalçıları və alıcıları bir araya gətirmək və hər iki tərəfə qarşılıqlı fayda verməkdir.


Budapeştdən Pomaza necə getmək olar?

Margit híd budai hídfő stansiyasından H5 dəmir yolu qatarına minib (Szentendre istiqaməti ilə) Pomaz stansiyasına getmək lazımdır. Bir tərəfli biletin (Budapeştdən Békásmegyerə 300 HUF və Békásmegyerdən Pomaza 250 HUF) qiyməti 550 HUF-dur (təxminən 3 manat) və bileti stansiyadakı bilet terminalından ala bilərsiz.

Stansiyadan bağa isə piyada 30 dəqiqə yol getməlisiz. Bolt taksiləri burda da fəaliyyət göstərir, stansiyadan bağa gediş haqqı 2000 HUF (təxminən 11 manat) təşkil edir. Velosipediniz varsa, lap əla!

Bəs sizin yaşadığınız şəhərdə belə təşəbbüslər var? Bu təcrübəni yaşamaq istərdiz?

32 views0 comments

Recent Posts

See All

댓글


bottom of page