Budapeştdə Macar dilini mütləq bilməlisiz?
- avropada.heyat

- May 31, 2020
- 1 min read
Macarıstanın rəsmi dövlət dili Macar dilidir.
Ölkədə xarici dillər arasında ən çox istifadə olunan dillər İngilis, Alman və Rus dilləridir. Yerli əhali öz doğma dilində danışır, ingilis dilini isə daha çox gənc nəslin nümayəndələri bilir.
Əgər Budapeştə turist kimi gəlmisizsə, dili bilməyinizə ehtiyac yoxdur. Aeroportda, nəqliyyat bileti alacağınız ofisdə (bilet terminallarında rus və ingilis dilləri də daxil olmaqla 8 dil seçimi funksiyası var), otellərdə, mərkəzi restoranlarda, barlarda ingiliscə bilən işçilər olur. Adətən yerli əhali mənə tərcümədə köməklik də göstərib. ☺️
Bura köçmüsüzsə, yenə də yerli dili bilməyiniz mütləq deyil. Mən 1 ildən çoxdur burda yaşasam da, çox az söz bilirəm. 🤷🏻 Macar dili başqa heç bir ölkədə istifadə olunmur, amma dili öyrənməyinizin ölkə daxilində çox faydası var – əsasən də iş tapmağınızda, dövlət müəssisələrinə işiniz düşəndə və sosial əhatənizi genişləndirməkdə.
Siz macarca hansısa sözü bilirsiz?







Comments